Stalinin nəvəsi məhkəməyə üz tutdu - Foto

İosif Stalinin nəvəsi Yevgeniy Cuqaşvili Moskva şəhər məhkəməsinə müraciət edərək, 10-cu sinif şagirdləri üçün yazılmış tarix kitabının müəllifi barədə cinayət işinin qaldırılmasını tələb edib.

"Ria.ru” xəbər verir ki,  Stalinin nəvəsi Y.Cuqaşvilinin məhkəməyə müraciət etməsinə səbəb  kitabda  Smolensk vilayətində Katın meşəsində baş verən qətliamın Mərkəzi Komitənin əmri ilə həyata keçirildiyinin  qeyd edilməsi olub. Belə ki, kitabın müəllifləri Smolensk yaxınlığındakı Katın meşəsində 11 mindən artıq əksəriyyəti polşalı zabit-girovlarınn kütləvi qətliamının günahkarı nasist Almaniyası, onun təşkilatçılarının  Qerinq və Alferd Yodlayanın olmasını inkar edirlər.
 
Kitab müəlliflərinin yazdığına görə, Katın meşəsindəki qətliam SSRİ Siyasi Bürosunun  əmri ilə həyata keçirilib.

Bununla belə Moskvanın Ostankino rayon məhkəməsi Stalinin nəvəsinin məsələ ilə bağlı cinayət işinin qaldırılması müraciətinə müsbət cavab verməyib.
 
Bundan sonra Stalinin nəvəsi Y. Cuqaşvili daha yüksək məhkəmə instansiyalarına müraciət edəcək./gununsesi.info/