Stalinin nəvəsi öldü - Foto

Sovet rəhbəri İosif Vissarionoviç Stalinin nəvəsi Yevgeni Cuqaşvili bu gün Moskvada vəfat edib.

Rusiya mətbuatı xəbər verir ki, küçədə özündən getmiş yaşlı kişini görən şəhər sakinləri təcili yardım çağırsalar da, Yevgeni Cuqaşvilini xilas etmək mümkün olmayıb.

Mənbənin bildirdiyinə görə, Stalinin nəvəsinin nəşi evinin yaxınlığında küçədə tapılıb.

80 yaşlı kişinin ölümünün səbəbi ekspertizadan sonra məlum olacaq./virtualaz.org/
 


MediaFax