SOCAR budkanı sudan çıxartdı, məlum oldu ki...

Xəzərdə qəza baş verən ərazidə tapılan budka sudan çıxarılıb

"Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində itkin düşən neftçilərin axtarış işləri zamanı həmin ərazidə suyun dibində aşkar edilmiş budka gəminin göyərtəsinə qaldırılıb.
 
SOCAR-ın verdiyi xəbərə görə, budkanın 3 saylı Neft Yığım Məntəqəsinin yaşayış budkası olmadığı müəyyən edilib. Məlum olub ki, tapılıb sudan çıxarılan və gəmiyə qaldırılan budka soyunub-geyinmə budkasıdır.
 
Axtarış işləri davam etdirilir.

MediaFax