“SOCAR almaq istəyirsə, qoy alsın...” - Ermənistanın baş naziri

"Əgər hansısa təşkilat Gürcüstanda qaz kəmərinin 25 faizini almaq istəyirsə qoy alsınlar. Bundan Ermənistanın energetika təhlükəsizliyi heç bir ziyan çəkməyəcək”.

Virtualaz.org xəbər verir ki, bunu Ermənistanın baş naziri SOCAR-ın Gürcüstanın tranzit qaz kəmərinin 25 faizlik səhmlərini almağa hazırlaşdığı barədə suala cavab verərkən deyib.

"Hətta onlar həmin 25 faizi almaq istəsələr də bunun bizə qorxusu yoxdur. Çünki 25 faiz nəzarət səhm paketi deyil. Qaz kəmərlərində qəza isə hər yerdə baş verə bilər. Lakin sizin evlərinizdə qaz həmişə olacaq. 90-cı illərdən bəri elə hal olmayıb ki, əhali qazsız qalsın. Ona görə də narahat olmayın, hər şey yaxşı olacaq” - Karapetyan keçirdiyi mətbuat konfransında bildirib.

MediaFax