Sınaq imtahanında az bal topladı - Özünü asdı

Yardımlı rayonunda intihar hadisəsi baş verib.
 
Hadisə 2 gün əvvəl rayonun Şıxlar kəndində baş verib.

Kənd sakini olan onuncu sinif şagirdi Ağazadə Rəhman Mehman oğlu həyətlərindəki tövlədə özünü asaraq intihar edib.

Yeniyetmənin intiharına səbəb isə sınaq imtahanlarında az bal yığması olub.

Hazırda faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır./ölkə.az/

MediaFax