Şimali Koreya bunu edə bilməyəcək - Tramp

ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) qitələralarası nüvə raketi yarada bilməyəcəyini deyib.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Tramp özünün "Twitter" səhifəsində yazıb: "KXDR bəyan edib ki, ABŞ-a çata biləcək nüvə silahının istehsalının sonuncu mərhələsindədir. Bu, baş verməyəcək”.

Xatırladaq ki, KXDR lideri Kim Çen In xalqına ünvanlandığı Yeni il müraciətində ABŞ-ın ölkəsinə qarşı təcavüzkar siyasətə son qoymayanadək hərbi potensialını gücləndirəcəyini bildirmişdi./virtualaz.org/

MediaFax