Sevgilisinə sürpriz etmək istədi, amma... - Video

Türkiyədə sevgilisinin könlünü almaq üçün şamlarla adını yazdıran mədən işçisi ehtiyatsızlıqdan evi yandırıb.

Türk mətbuatı xəbər verir ki, yanğını söndürmək üçün mətbəxə su dalınca qaçan cavan oğlan suyun kəsildiyini görüb köməksiz vəziyyətə düşüb.

Hadisə Bartında, Amasra mahalında baş verib. Gəncin dediyinə görə, şamları yandırmaq üçün əvvəl sahilə gedib. Amma hava çox küləkli olduğu üçün, sürprizi evdə etməli olub.

Evdə şamları yandırıb, şəkil çəkən vaxt adyal alovlanmağa başlayıb. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb./aznews.az/
 

MediaFax