Sərnişinlərə bomba həyəcanı

İğdır aeroportundan İstanbul şəhərinə yollanan sərnişin təyyarəsi göyə qalxandan sonra bir qədər keçmiş geri qayıtmalı olub.

"Türkiyə” qəzeti xəbər verir ki, Tamer B. adlı şəxs polisə zəng edərək təyyarədə bombanın olduğu barədə məlumat verib. Bundan sonra təyyarə təcili olaraq İğdır hava lımanına geri dönüb.

Polis təyyarədə olan sərnişləri təxliyyə edərək axtarış aparıb. Amma polis təyyarədə heç bir təhlükəli əşya tapmayıb.

Nəticədə Tamer B. adlı şəxs ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb. Tamer B. gec qaldığı üçün təyyarəyə alınmadığını və bundan əsəbiləşərək bomba olduğu barədə yanlış məlumat verdiyini etiraf edib./gununsesi.info/

MediaFax