Sərnişini xilas etdi, ayın sürücüsü seçildi - Foto

Yanvarın 26-da Bakı Nəqliyyat Agentliyində (BNA) 6 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda epilepsiya keçirən sərnişinə ilk tibbi yardım göstərərək həyatını xilas edən sürücü Novruzov Oqtay Şair oğlu ilə görüş keçirilib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayevin saytımıza verdiyi məlumata görə, sürücü Oqtay Novruzova Bakı Nəqliyyat Agentliyinin baş direkrou Vüsal Kərimlinin adından təşəkkürnamə təqdim edilib.

Sürücü Oqtay Novruzov göstərilən diqqətə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, tibbi yardıma ehtiyacı olan sərnişinə ilk yardım göstərməklə, o, üzərinə düşən vəzifə və insani borcunu yerinə yetirib.  

O.Novruzov "BakuBus” MMC tərəfindən ayın sürücüsü seçilib./modern.az/

MediaFax