İtən sərnişin gəmisi tapıldı, amma... - Yenilənib

10:33 
 
Malayziya sahillərində sərnişin gəmisi itib.

Gəminin göyərtəsində əksəriyyəti Çin turistlərindən ibarət 31 nəfər olub.

Hazırda axtarış-xilasetmə işləri aparılır./qafqazinfo.az/
 
-----------
13:30
 
Cənubi Çin dənizində Borneo adası sahilləri yaxınlığında batan Malayziya gəmisi aşkarlanıb.
 
"Sinxua” agentliyinin verdiyi məlumata görə, gəmi batan yerdə sağ qalan bir neçə nəfər xilas edilib.
 
Qeyd edək ki, yerli vaxtla saat 22.00-da Kota Kinabal şəhərindən Menqalum adasına hərəkət edən, göyərtəsində 28 çinli turist və 3 heyət üzvünün olduğu gəmi itib./APA/
 
----------
17:41 
 
Cənubi Çin dənizində Borneo adası sahilləri yaxınlığında batan Malayziya gəmisində olan 25 nəfəri xilas etmək mümkün olub.
 
Bu barədə Çin Mərkəzi Televiziyası Çinin Kuala-Lumpurdakı səfirliyinə istinadən məlumat yayıb.
 
Səfirlik 6 nəfərin itkin düşdüyünü açıqlayıb.
 
"Sina” portalı isə bundan öncə xilas edilən 2 heyət üzvü də nəzərə alınmaqla, xilas edilənlərin sayının 27-ə çatdığı barədə məlumat yayıb.
 
Qeyd edək ki, yerli vaxtla saat 22.00-da Kota Kinabal şəhərindən Menqalum adasına hərəkət edən, göyərtəsində 28 çinli turist və 3 heyət üzvünün olduğu gəmi itib./APA/

MediaFax