Sərin payız havası olacaq - Proqnoz

Bakı və Abşeron yarımadasında sentyabrın 27-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
 
Səhər bəzi yerlərdə zəif duman olacaq.
 
Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. 
 
Şimal-qərb küləyi  gündüz arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə  15-18° isti, gündüz  21-25° isti, Bakıda gecə  16-18° isti, gündüz  22-24° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. 
 
Nisbi rütubət gecə 70-80%, gündüz 55-65% təşkil edəcək.          
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
 
Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

MediaFax