Sərin havalardan soraq verildi - yağış da yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
 
ETSN-nin Milli Hidrometereologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında avqustun 15-i gün ərzində, 16-da gecə və səhər şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
 
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.
 
Azərbaycanın rayonlarında avqustun 14-ü axşam, 15-də qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal xarakterli yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.

MediaFax