Səhvən 30 minlik avtobus aldı...

Böyük Britaniya sakini Devi Littl taksi sifariş etmək istəyərkən səhvən avtobus alıb.
 
Belə ki, elit gecə klublarından birindən çıxarkən britaniyalı sərxoş olub və "Scania Irizar Century Coach” avtobusuna görə 28500 funt ödəyib.

Bu barədə yerli mətbuat məlumat yayıb. Britaniya sakini yalnız içkinin təsirindən ayılandan sonra həyatının ən böyük səhvini etdiyini anlayıb.

"Mən hələ də gecə bunu necə etdiyimi anlaya bilmirəm. Gecə klubundan çıxanda cibimdən telefonu çıxardım və onda başa düşdüm ki, 30 min funtluq avtobus almışam. Hələ də bunun necə baş verdiyini anlaya bilmirəm”.

D.Littl artıq həmin avtobusu satışa çıxarıb. Bu barədə elanı və avtobusun şəklini sosial şəbəkədə yerləşdirib.

Avtobusun yeni sahibinin bu elanı 45 min "like” yığıb. Əksəriyyət isə britaniyalını bu avtobusla istirahətə yollanmağa çağırıb./virtualaz.org/
 


MediaFax