Şəhid tələbəsinə heykəl qoyan müəllim danışdı - Özəl

"Samir Kaçayev heykəltəraş idi. Onun üçün də onun heykəli bu sənəti xatırladır”.

Bunu Mediafax.Az-a açıqlamasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin müəllimi Rahib Qarayev bildirib. 

O, bildirib ki, bu ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Samir Kaçayevin heykəli gildəndi: "Bu heykəl şəhid Samir Kaçayevin ailəsinə bizdən bir hədiyyədir. Düşündük onun heykəli olsun. Dostlar da bu işə mənə həvalə etdilər. Ümidvaram ki, tapşırılan işin öhdəsindən gələ bilmişəm.

 Qeyd edək ki, bu ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Samir Kaçayevin heykəli ucaldılıb. Heykəl Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin müəllimi Rahib Qarayev tərəfindən qoyulub.

Xatırladaq ki, S.Kaçayev 2016-cı ilin aprelin 2-də cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olub.

MediaFax