Şəhid ailələrinə verilən pul artırılacaqmı? - Deputatdan açıqlama

"Dövlət büdcəsi şəhid ailələrinə verilən birdəfəlik müavinətin 10 dəfə artırılmasına imkan verir”.

Bunu saytımıza hakim Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib. 

Deputat qeyd edib ki, oktyabrın 14-də Milli Məclisin iclasında şəhidlərə verilən birdəfəlik müavinətin miqdarının 10 dəfə artırılması ilə bağlı məsələni qaldırıb və bunu əsaslandıraraq mənbəsini göstərib. A.Mirzəzadə bildirib ki, qarşıdan büdcə məsələlərinin müzakirəsi gəlir: "Mən Milli Məclisin büdcə müzakirəsinə həsr olunan iclaslarında bu məsələni yenidən qaldırmaq fikrindəyəm. Yəni, təklif edəcəyəm ki, şəhid ailələrinə verilən birdəfəlik müavinət 10 dəfə artırılsın. Bunun üçün büdcədə imkan da var və bunu etmək olar”. 

Qeyd edək ki, hazırda şəhid ailələrinə verilən birdəfəlik müavinət 11 min manat təşkil edir./aznews.az/

MediaFax