Əbiyevin keçmiş köməkçisini nazirlikdən qovdular - Rüşvət skandalı

Sabiq müdafiə naziri Səfər Əbiyevin köməkçisi olmuş, son günlərə qədər nazirliyin Hərbi Təhsil İdarəsinin rəis müavini vəzifəsində işləyən Vaqif Hüseynovla bağlı nazirlikdə rüşvət qalmaqalı yaşanıb.

Vaqif Hüseynov Müddətdən Artıq Xidmət Etmə və gizirlərin işə qəbulu ilə bağlı imtahanda rüşvət hallarına yol verib və bu barədə  nazirliyin rəhbər şəxslərinə konkret fakt təqdim edilib. Bundan sonra Vaqif Hüseynov işdən azad edilib.

Məsələ ilə bağlı Müdafiə Nazirliyində daxili araşdırma başlayıb. Məlumatda o da qeyd olunur ki, Vaqif Huseynovla bağlı araşdırmanın nəticəsi Hərbi Prokurorluğa təqdim ediləcək./gununsesi.info/

MediaFax