Seçkidə dava düşdü - Video

Dağıstanın Xunzax rayonunun Qoçatl kəndindəki seçki məntəqəsində kütləvi dava düşüb.
 
Seçkidə saxtakarlıq edildiyini iddia edən 30 nəfər məntəqəyə gələrək çəkiliş aparmaq istəyib. Nəticədə dava düşüb.

Dava zamanı bülletenlərin əksəriyyəti oğurlanıb, seçki qutuları sındırılıb. Şahidlərin sözlərinə görə, təxribatı Xunzax rayonunun başçısı Səid Yusupov deputatlığa namizəd Əbdülməcid Maqramovun Əbusüfyan Xarxarova uduzması üçün təşkil edib.

Hüquq-mühafizə orqanları baş vermiş hadisə ilə bağlı araşdırmalara başlayıb./axar.az/
 

MediaFax