Sarkisyan qardaşının dostu olan “qanuni oğru”nu tutdurdu - FOTO

"Qanuni oğru" Merab Kalaşov Ermənistanda həbs olunub.

Virtualaz.org "Ermənistan Xəbərləri”nə istinadən məlumat verir ki, polisdən bildirilib ki, əslən yezidi kürdü olan Polşa vətəndaşı M. Kalaşov beynəlxalq axtarışda olub.
 

1975-ci il təvəllüdlü "qanuni oğru" çirkli pulların yuyulması və mütəşəkkil qrupun tərkibində müxtəlif oğurluqların törədilməsi ittihamları ilə 2015-ci ildə Fransa hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

Onun həbsi barədə İnterpolun Ermənistan bürosu məlumatlandırılıb.

MediaFax