Teleskopla hamı ulduzlara baxa biləcək - Şamaxıda

AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında fəaliyyət göstərən astronomik muzey və teleskoplarla yaxından tanış olmaq üçün ekskursiyalar təşkil olunur.
 
Ekskursiyalar gündəlik olaraq saat 11:00, 14:00 və 16:00-da keçirilir.

Gecə vaxtı ekskursiya üçün nəzərdə tutulmuş teleskopla göy cisimlərinə baxmaq hava şəraitindən asılı olaraq təşkil olunur.

Rəsədxana dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Rəsədxananın fəaliyyəti çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, günəşin, planetlərin və kometaların müşahidəsi aparılır./moderator.az/

MediaFax