Şamanın dediyini etdilər - Timsah parçaladı

Cənubi Afrika Respublikasının Limpopo ştatında qeyri-adi cinayət hadisəsi baş verib.
 
İmpotensiyadan əziyyət çəkən 3 qardaş bu lənətdən qurtulmaq üçün dişi timsahı zorlamağa cəhd edən zaman digər timsahlar tərəfindən parçalanıb.
 
3 övladını itirən ata övladlarının yerli şamanın məsləhəti ilə timsahı zorlamağa çalışdıqlarını deyib. Onun sözlərinə görə şamanın verdiyi mufi talismanı qardaşları zorlama prosesində digər timsahların hücumundan qorumalı idi.
 
Qardaşlar timsahı gölməçələrdən birində arxadan tutmalı və növbə ilə zorlamalı idilər. Lakin proses zamanı digər timsahların hücumuna məruz qalıblar.

Ata övladlarının ölümünə görə şamanı təqsirli bilmədiyini və bölgədə timsah zorlayaraq öz cinsi aktivliyini geri qaytara bilən onlarla insan tanıdığını deyib.
 
Qardaşlardan yalnız 2-sinin cəsədi aşkar olunub, 3-cü qardaşın cəsədinin isə timsahlar tərəfindən tamamilə yeyildiyi ehtimal olunur.  
 
Limpopo ştatının rəhbərliyi əhalini təhlükəli rituallardan çəkindirməyə çağırır./modern.az/

MediaFax