Ərəb şahzadənin 1,1 milyonluq saatını oğurladılar

Səudiyyə Ərəbistanından olan şahzadə Parisdə küçənin ortasında oğurluq hadisəsinin qurbanı olub.

Rusiya mətbuatı xəbər verir ki, bu barədə Avropa KİV-i yerli hakimiyyət orqanlarına istinadən xəbər yayıb.

Həmin şəxs bildirib ki, iki kişi ona hücum edərək 1, 1 milyon dəyərində olan "Richard Mille” brendindən olan qol saatını oğurlayıb.

Polis insidentlə bağlı araşdırmalar aparır.

Şahzadənin adı məlumatda qeyd olunmayıb./qafqazinfo.az/

MediaFax