Şahzadə Diananın analığı vəfat etdi

Şahzadə Diananın analığı qrafinya Reyn Spenser 87 yaşında dünyasını dəyişib.
 
Bu barədə "BBC” şahzadənin ailəsinə yaxın mənbəyə istinadən xəbər yayıb.

Spenser oktyabrın 21-də Londondakı evində uzunmüddətli xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, qrafinya Diananın atası ilə 1976-1992-ci illərdə ailəli olub. Bu, onun 3 evliliyindən ikincisi olub./qafqazinfo.az/

MediaFax