Şagird özünü öldürmək istəyib? - Yenilənib

30.09.2016
18:50 
 
Abşeron rayonunda şagird məktəbdə intihara cəhd edib.
 
Hadisə Xırdalan şəhərindəki 2 saylı orta məktəbdə qeydə alınıb.
 
Burada təhsil alan şagirdlərdən birinin binanın ikinci mərtəbəsindən özünü atdığı bildirilir.
 
Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə, onlara məktəbin ikinci mərtəbəsindən şagirdlərdən birinin yıxılması barədə məlumat daxil olub.
 
Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.
 
---------------
01.10.2016 
09:38
 
Abşeron rayonu Təhsil Şöbəsi şagirdin intihara cəhdi ilə bağlı məlumata münasibət bildirib.
 
Təhsil şöbəsinin mətbuat katibi Anar Nağıyevin verdiyi məlumata görə, Abşeron rayonu 2 saylı orta məktəbin 6-cı sinif şagirdi Nuriyev Zahid məktəbin yaxınlığındakı futbol meydançasının hasarına çıxarkən yerə yıxılıb.
 
"Ayağından xəsarət alan Z.Nuriyev 1 saylı Şəhər Kliniki Xəstəxanaya yerləşdirilib. Vəziyyəti normaldır. 2 saylı orta məktəbdə intihara cəhd olmayıb”, deyə  A. Nağıyev bildirib./APA/
 
MediaFax