Sabahkı hava ilə bağlı - Proqnoz

Bakı və Abşeron yarımadasında noyabrın 2-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 6-8° isti, gündüz  8-10° isti, Bakıda gecə  6-8° isti, gündüz  8-10° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  761 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. 
Nisbi rütubət  85-95% təşkil edəcək.
 
 
Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 2-də Abşeron yarımadasında yağıntılı və  arabir güclənən  külək meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, havanın  oksigenlə zəngin və təmiz olması müsbət amildir. Noyabrın 3-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanla r üçün nisbətən əlverişlidir.
 
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir.
 
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Sosial səhifələrdə paylaş

MediaFax