Sabah üçün yağış-qar XƏBƏRDARLIĞI

Bakı və Abşeron yarımadasında dekabrın 1-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.
 
Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi  ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 3-5° isti, gündüz  8-11° isti, Bakıda gecə  3-5° isti, gündüz  9-11° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  norma daxilində 760 mm civə sütunu, nisbi rütubət  80-90 %  təşkil edəcək.
 
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz bəzi rayonlarda yağıntıda fasilə olacaq. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə  0-4° isti, gündüz  4-8° isti olacağı gözlənilir.
 
Dekabrın 1-dən 3-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° enəcək.

MediaFax