Sabah dumanlı hava olacaq - Proqnoz

Oktyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, axşam buludluluğun artacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz  21-26° isti, Bakıda gecə  14-16° isti, gündüz  23-25° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət   gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

MediaFax