Rüşvət alan məmur edam ediləcək

Çində dövlətə aid kömür mədəni firmasının keçmiş rəhbəri Yü Tieyi 2 il həbs cəzası alıb.

Çinin şimal-şərqində yerləşən Heylongciang əyalətindəki məhkəməyə çıxarılan Yünün 306.8 milyon yuan (45 milyon dollar) rüşvət aldığı üçün haqqında edam cəzasına qərar verildiyi bildirilib. 

Məhkəmə heyəti mövzu ilə bağlı verdiyi açıqlamada Yünün Heylongciang Logmay Maden Şirkətində vəzifə başında olduğu 2005-2011-ci illər arasında təxminən 45 milyon dollar rüşvət aldığını bildirib. Heyət Yünün istintaqı zamanı, onunla əlbir olan şəxslərin də edamına qərar verildiyini deyib. Bundan başqa məhkumun qeyri-qanuni qazancına və mülkiyyətinə əl qoyulub./aznews.az/

MediaFax