Ruslar Hitlerin gizli bazasını tapdılar - 72 ildən sonra

Rus alimləri Şimal qütb bölgəsində almanlara aid İkinci Dünya Müharibəsindən qalma gizli  hərbi baza aşkarlayıblar.
 
Şimal qütbündən 1000 km uzaqlıqdakı Alexandra Land adasında aşkarlanan baza  nasist qüvvələrinin Rusiyaya hücum etməsindən 1 il sonra, 1942-ci ildə salınıb.
 
Mütəxəssislərin sözlərinə görə, almanlar stansiyaya "Xəzinə ovçusu” şifrə adını veriblər.  Gizli baza taktiki hava vəziyyətini araşdırmaq məqsədilə fəaliyyət göstərib.  

Rus alimlərinin fərziyyələrinə əsasən, hərbi bazadakı əsgər və zabitlər 1944-cü ildə qütb ayısının ətini yedikdən sonra zəhərləniblər. Bəzilərinin həyatını həmin hadisədən sonra qurtarmaq mümkün olmayıb. Məhz bundan sonra bütün heyət bazanı tərk edib, beləliklə də, "Xəzinə ovçusu” tamamən unudulub. 

Ruslar okeanın ucqarlarında olan həmin bazada kəskin şaxtalara baxmayaraq 500-ə qədər əşyanın salamat qaldığını müəyyən ediblər./moderator.az/

MediaFax