Ruslar duza həsrət qala bilər - Yeni qadağa

Rusiya hökumətinin bəzi ölkələrdən Rusiyaya duz idxalının qadağan edilməsi barədə sərəncamı bu gündən qüvvəyə minib.

TASS agentliyi xəbər verir ki, siyahıya Rusiyaya qarşı sanksiyalar tətbiq etmiş 26 ölkə, o cümlədən Ukrayna daxildir.

Mənbənin bildirdiyinə görə, bu ölkələrdən daxil olan duzun həcmi bazarın ümumi həcminin 40%-ni təşkil edirdi. Yerli istehsalçılar bu çatışmazlığı aradan qaldıracaqlarına əminliklərini bildiriblər./virtualaz.org/

MediaFax