Rusiyanın neft-qaz ehtiyatları tükənə bilər - 2030-cu ildə

"Sberbank" (Rusiyanın Əmanət Bankı) rəhbəri German Qref bildirib ki, ölkənin neft-qaz ehtiyatları 2030-cu ildə tükənəcək.
 
Müvafiq suala cavab verən bankir bunu deyib: "Düşünürəm ki, bu, təxminən 15 il sonraya təsadüf edəcək və biz buna aktiv şəkildə hazırlaşmalıyıq. Gec-tez neft-qaz sektoruna köklənmiş iqtisadiyyat dövrü bitəcəkdi. Biz vəziyyəti olduqca sürətli şəkildə dəyişməliyik və iqtisadiyyatımızın diversifikasiyasını sürətləndirməliyik".
 
G. Qref onu da əlavə edib ki, neftin yüksək qiymətlərini "gözləməyə dəyməz"./APA/

MediaFax