Rusiyanı Trampın mərasimində o təmsil edəcək

Rəsmi Moskvanı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək inaqurasiya mərasimində Rusiyanın Amerikadakı səfiri Sergey Kislyak təmsil edəcək.
 
"Ria Novosti”nin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən olan mənbə bildirib.

"Protokol qaydalarına zidd heç nə baş verməyəcək”, - deyə mənbə söyləyib.

Xatırladaq ki, D. Tramp 2016-cı il noyabrın 8-də keçirilən prezident seçkilərində qalib gəlib./qafqazinfo.az/

MediaFax