Rusiyada seçkilər başa çatdı - Yenilənib + Nəticələr

10:48

Bu gün Rusiyada parlament və yerli hakimiyyət orqanlarına seçkiləri keçirilir.
 
TASS agentliyinin verdiyi məlumata görə, 7-ci çağırış Dövlət Dumasına seçkilərlə əlaqədar yerli vaxtla saat 08.00-da Moskva regionunda 7 mindən çox seçki məntəqəsi açılıb.
 
Moskva ilə bərabər saat 08.00-da Mərkəzi federal dairələrdə də seçki məntəqələri açılıb.
 
Seçki prosesi yerli vaxtla saat 20.00-da başa çatacaq.
 
======
22:31
 
Rusiyada parlament seçkiləri başa çatıb.
 
TASS agentliyinin verdiyi xəbərə görə, Moskva vaxtı ilə saat 21:00-da ölkənin ən qərb regionu olan Kalininqrad vilayətində seçki məntəqələri bağlanıb.
 
Rusiya Mərkəzi Seçki Komissiyası artıq seçkilərə dair ilk məlumat verib.  Belə ki, protokollarının 6,72 faizinin hesablanması başa çatıb. Hakim "Vahid Rusiya” partiyası 44,15%, Liberal Demokrat Partiyası – 18,39%, Kommunist Partiyası – 17,24%, "Ədalətli Rusiya” isə 6,24 % səs toplayıb./APA/

MediaFax