Rusiya və İran prezidentləri Bakıda görüşdülər

Bakıda Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Həsən Ruhani arasında görüş olub.
 
V. Putin Tehrana son səfərindən sonra iki ölkə arasında əlaqələrin inkişafında xeyli irəliləyiş baş verdiyini qeyd edib: "Bizim dostluq münasibətlərimiz güclənir və genişlənir. Bu, iqtisadi, siyasi münasibətlərimizə, o cümlədən humanitar sferaya aiddir. Biz Azərbaycan prezidenti İlham Əliyevə bu görüşü təşkil etdiyi üçün minnətdar olmalıyıq. Bu görüş regiondakı vəziyyəti üçtərəfli formatda müzakirə etməyə imkan yaradır”./apa.az/

MediaFax