Qara dənizdə təyyarə faciəsi: 10 sərnişinin cəsədi tapıldı - YENİLƏNİB

10:48

Rusiyanın Müdafiə Nazirliyinə məxsus təyyarə "Tu-154" təyyarəsi Soçidə radarlardan itib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, "Tu-154" təyyarəsində 91 nəfər olub.

"Müdafiə Nazirliyinin Tu-154 təyyarəsi Soçi aeoroportunda səmaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib. Onun göyərtəsində təxminən 91 nəfər olub" – deyə mənbə agentliyə bildirib.

İlkin məlumata görə, təyyarə Suriyanın Latakiya bölgəsinə doğru uçurmuş.  


X X X

Rusiyanın göyərtəsində 91 nəfərin olduğu hərbi təyyarəsi Krasnodarda qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.
 
======
11:01

Rusiya MN: Qara dənizdə "Tu-154” təyyarəsinin qalıqları tapılıb

Rusiya Müdafiə Nazirliyinin radardan itər "Tu-154” təyyarəsinin qalıqları Qara dənizdə Soçi sahillərindən 1,5 km uzaqlıqda, 50-70 metr dərinlikdə aşkarlanıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
 
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154” təyyarəsi  yerli vaxtla saat 05.40 (Bakı vaxtı ilə saat 06.40) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan qısa müddət sonra radardan itib. Suriyanın Xmeymim aerodromuna uçan Təyyarədə 83 sərnişin və 8 heyət üzvü olub.
 
======
11:33
 
Virtualaz.org xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, general İqor Konaşenkov Suriyaya uçarkən qəzaya uğrayan təyyarənin göyərtəsində əvvəl açıqlandığı kimi 91 yox, 92 nəfərin ola biləcəyini deyib.

Life.ru artıq sərnişinlərin və heyət üzvlərinin siyahısını yayıb. Siyahıya əsasən sərnişinlər arasında bundan əvvəl açıqladığı kimi Rusiya Müdafiə Nazirliyinin hərbi polisinin rəisi, general-leytenant Vladimir İvanosvkinin olduğu təsdiqlənmir. Lakin Rusiya Müdafiə Nazirliyinin Aleksandrov adına hərbi xorunun bədii rəhbəri, general Xəlilovun sərnişinlər arasında olduğu siyahı ilə təsdiqlənib.
 
======
13:16

Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən "Tu-154” tipli təyyarəsinin sərnişinlərindən dördünün də cəsədi tapılıb.
 
TASS agentliyinin verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
 
Tapılan cəsədlər xilasedici gəmiyə çıxarılıb. Bununla da cəsədi tapılan sərnişinlərin sayı beşə çatıb.
 
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154” təyyarəsi  yerli vaxtla saat 05.40 (Bakı vaxtı ilə saat 06.40) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan 7 dəqiqə sonra radardan itib. Təyyarədə 84 sərnişin və 8 heyət üzvü olub.
 
======
15:09

Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən "Tu-154” tipli təyyarəsində 93 nəfərin olduğu müəyyənləşdirilib.
 
TASS agentliyinin məlumatına görə, həmin şəxslərin adları Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilib.
 
Sərnişinlər arasında "Həkim Liza” kimi məşhur olan Yelizaveta Qlinka, Rusiya Müdafiə Nazirliyinin Mədəniyyət idarəsinin rəisi Anton Qubankov, Aleksandrov adına ansamblın rəhbəri Valeriy Xəlilov da var.  
 
Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi İqor Konaşenkov jurnalistlərə açıqlamasında təyyarənin yerli vaxtla saat 05.25 (Bakı vaxtı ilə saat 06.25) radələrində Soçinin Adler aerodromundan havaya qalxdığını, saat 05.27 (Bakı vaxtı ilə saat 05.27) radələrində radarlardan itdiyini bildirib.
 
======
16:14

Bu gün Rusiya Müdafiə Nazirliyinin Qara dənizə düşən "Tu-154” tipli təyyarəsinin 10 sərnişinin cəsədi tapılıb.
 
TASS agentliyinin verdiyi məlumata görə, axtarış əməliyyatları davam edir.
 
Təyyarənin qalıqları sahilboyu 1,5 km-dən 6 km-ə qədər məsafədə səpələnib.
 
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154” təyyarəsi  yerli vaxtla yerli vaxtla saat 05.25 (Bakı vaxtı ilə saat 06.25) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan 2 dəqiqə sonra radardan itib. Qara dənizə düşən təyyarədə 85 sərnişin və 8 heyət üzvü olub./APA/

MediaFax