Rusiya Suriyada daha bir əsgərini itirdi

Suriyada daha bir Rusiya hərbçisi öldürülüb. 
 
"Tvrain.ru"nun verdiyi xəbərə görə, ölən hərbçi Nijnı Novqorodda dislokasiya oilunmuş 96 saylı kəşfiyyat briqadasının hərbi qulluqçusu Artyom Qorbunovdur.
 
A. Qorbunovun ölümü barədə "Conflict Intelligence Team" təhqiqat qrupu onun həyat yoldaşının "VKontakte" sosial şəbəkəsindəki  şərhləri əsasında məlumat yayıb. Belə ki, qadın Palmiranın alınması barədə yazıb və həyat yoldaşının martıq 2-də pusquya düşərək həlak olduğunu bildirib./APA/

MediaFax