Ronaldodan böyük jest: suriyalı uşaqlara canlı mesaj - VİDEO

"Real” Madrinin portuqaliyalı ulduzu Kriştiano Ronaldo Suriyada yaşayan uşaqlara dəstək mesajı göndərib.

"Qafqazinfo” xəbər verir ki, sosial media hesablarından "Save the Children” adlı qeyri-hökumət təşkilatı vasitəsilə video paylaşıb.

"Salam. Bu mesajım Suriyadakı uşaqlar üçündür. Çox əzab çəkdiyinizi bilirəm. Mən məşhur bir futbolçuyam amma əsil qəhrəmanlar sizlərsiniz. Ümidinizi itirməyin. Bütün dünya sizinlə. Sizə əhəmiyyət veririk. Yanınınzdayıq”,-deyə Ronaldo qeyd edib.

Bundan başqa Ronaldonun Suriyadakı ailələr üçün qida, geyim və tibbi yardım da göndərəcəyi bildirilib.


MediaFax