Ronaldo satıcı qızla evlənir - İddia

Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldonun birlikdə yaşadığı ispaniyalı Georgina Rodriguez ilə evlənməyə hazırlaşdığı iddia edilib.
 
"Real Madrid”in hücumçusunun 2018-ci ildə ailə quracağı xəbəri yayılıb.

Futbolçunun Rusiyada keçiriləcək Dünya Çempionatından əvvəl, yaxud sonra evlənəcəyi isə dəqiq deyil.

Artıq futbolçunun anası Dolores Aveironun da  "Gucci” mağazasında satıcı işləyən Rodriguezlə münasibəti dəstəklədiyi qeyd edilib./qafqazinfo.az/

MediaFax