Roma papası Fransisk Azərbaycanda olub

Roma Papası Fransiskin Azərbaycana səfəri başlayıb.
 
Heydər Əliyev adına hava limanında qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və qarşılayıb.
 
Səfər çərçivəsində Roma Papası ilk öncə Bakıdakı katolik kilsəsində dini ayin keçirəcək. Sonra Fransisk Bakıdakı katolik kilsəsində rahiblərlə birgə nahar edəcək.
 
Daha sonra Roma Papası və Azərbaycan prezidenti İlham Əliyevin təkbətək görüşü və Heydər Əliyev Mərkəzində ictimaiyyət qarşısında çıxışı nəzərdə tutulub.
 
Səfər proqramına, həmçinin, Roma Papası Fransiskin bütün Qafqazın şeyxi, QMİ rəhbəri Allahşükür Paşazadə və ölkənin dini icmalarının rəhbərləri ilə görüşü də daxildir.
 
Bundan başqa, Fransisk "Heydər Məscidi” və  Şəhidlər Xiyabanına baş çəkəcək. Roma Papasının Bakıya səfəri bu gün axşam  başa çatacaq. 
 
X X X 
 
Bakıdakı Katolik kilsəsində Roma papası Fransiskin iştirakı ilə  dua mərasimi (messa) başlayıb.
 
Mərasimdə Azərbaycanda yaşayan xristian icmasının nümayəndələri iştirak edir.  
 
Xatırladaq ki, Roma papasının Bakıya bir günlük səfər zamanı onun Azərbaycan prezidenti İlham Əliyev, hökumət, ictimaiyyət  və diplomatik korpus nümayəndələri ilə görüşü gözlənilir. O, Şəhidlər Xiyabanına ziyarət edəcək. Heydər məscidində Qafqaz Müsəlmanları İdarəsi rəisi Allahşükür Paşazadə ilə görüşdən sonra şeyx və ölkənin digər dini icmalarının nümayəndələri ilə dinlər arası görüş keçirəcək.
 
X X X
 
Roma papası Fransisk Bakıdakı Katolik kilsəsində  dua mərasimində (messa) çıxış edib.
 
Roma Papası Xristian dininin müqəddəs kitabı olan "İncil”dən sitatlar gətirib.
 
Papa Fransisk çıxışında dünyaya iman, sülh və ədalət mesajı verib./APA/

MediaFax