Rioda qızıl medal qazandıq

Rio-2016 Paralimpiya oyunlarında Azərbaycan millisi ilk qızıl medalını qazanıb.
 
Cüdoçumuz Ramil Qasımov mötəbər turniri qələbə ilə başa vurub.
 
Yarışa 1/4 final mərhələsindən başlayan təmsilçimiz ilk olaraq kubalı Cerardo Rodrigezi məğlub edib. Yarımfinalda alman Nikolay Kornhassı yolundan kənarlaşdıran idmançımız qızıl medal uğrunda ukraynalı Dmitro Soloveylə üz-üzə gəlib.
 
Rəqibini ipponla məğlub edən Qasımov Paralimpiya Oyunlarında millimizə ilk qızıl medalını qazandırıb.
 
Qeyd edək ki, yarışların ilk günündə daha bir cüdoçu Bayram Mustafayev gümüş medal qazanıb./apasport.az/

MediaFax