Reynaldoya görə yarım milyon avro

Avropanın məşhur Transfermarkt saytı "Qarabağ”dan "Adanaspor” klubuna transfer olunan Reynaldo Silvanın təzminat qiyməti barədə məlumat yayıb.
 
Brazilyalı futbolçunun keçidinin superliqa təmsilçisinə 500 min avroya başa gəldiyi qeyd edilib.
 
"Qarabağ” klubundan məsələylə bağlı şərh verilməyib. "Adanaspor” isə dünən yaydığı rəsmi məlumatda Reynaldo ilə 2,5 illik müqavilə imzalandığını bildirsə də, transferin qiymətini açıqlamayıb./qol.az/

MediaFax