Restoranı yanğından son anda qurtardılar - Bakıda

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m² olan yeməkxananın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.
 
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, yeməkxanaya bitişik ümumi sahəsi 750 m² olan ikimərtəbəli restoran yanğından mühafizə olunub.
 
Yanğın saat 09:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

MediaFax