Rəsmən qalib elan olundu

Türkmənistan Mərkəzi Seçki Komissiyası fevralın 12-də keçirilmiş prezident seçkisinin nəticələrini təsdiqləyib.
 
İndiki prezident Qurbanqulu Berdiməhəmmədov rəsmi qərarla qalib elan olunub. Onun 97,7%, qalan 8 rəqibinin isə üst-üstə 2,3% səs topladığı bəyan edilib.

MSK-nın 16 fevral iclasında çıxış edən Qurbanqulu Berdiməhəmmədov ötən seçkilərlə müqayisədə çox səs yığdığını vurğulayıb, bunu xalqın görülən işlərə müsbət qiyməti kimi əsaslandırıb.

Türkmənistanda prezidentin səlahiyyət müddəti 7 ildir.

60 yaşlı Qurbanqulu Berdiməhəmmədov 2007-ci ildən prezidentdir. İlk dəfə və 2012-ci ildə 5 il müddətinə dövlət başçısı seçilib. Həmin seçkilərdə o, 97,1% səs yığıb./novator.az/

MediaFax