Rəşad Sadıqov məşqçi kimi özünü sınadı

AFFA-nın U-19 Liqasında 2016/2017-ci il mövsümünə start verilib.
 
1-ci tur çərçivəsində "Qarabağ” "Zirə”ni qəbul eləyib.

"Qarabağ”ın U-19 komandası oyuna Rəşad Sadıqovun rəhbərliyi altında çıxıb. Millimizin kapitanı məşqçi kimi ilk rəsmi oyununu keçirib. Oyun "Zirə”nin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, Rəşad Sadıqov məşqçilər kursuna qatılaraq "B” kateqoriyasını alıb və bu mövsümdən etibarən "Qarabağ”ın U-19 komandasını çalışdırır./qafqazinfo.az/

MediaFax