Çörəkdən ip çıxıb? - Açıqlama verildi

İqtisadiyyat Nazirliyi istehlakçının hüquqlarını qorumağa hər zaman hazırdır.

Bunu saytımıza açıqlamasında İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev  Bakıdakı çörək fabriklərində birinin bişirdiyi çörəkdən bir metr ipin çıxmasına mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, əgər çörəyin içindən ip çıxıbsa, o zaman istehlakçı İqtisadiyyat Nazirliyinin 195-2 çağrı mərkəzinə və Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 498 15 01, 498 15 04 nömrəli telefonlarına müraciət edə bilər vəbununla bağlı müvafiq tədbirlər görülə bilər.

Bununla belə çörık istehsalı müəssisələrinin fəliyyətinə toxunan  A.Əliyev deyib ki,  bu gün  fəaliyyət göstərən çörək istehsalı müəssisələrin hər birində istehsal prosesi elə qurulub ki, onlara kənar cisimlərin düşməsi qeyri-mümükündür.

"Ümumiyyətlə, istehlak bazarında hər-hansı problemlə qarşılaşan vətəndaş İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əlaqə nömrələrinə müraciət edə bilərlər. Nazirlik müraciətləri operativ şəkildə araşdırmağa və istehlakçı hüquqlarının müdafiəsi üçün hər zaman hazırıq”, – A.Əliyev deyib.

Qeyd edək ki big.az-ın əldə etdiyi məlumat görə, Yeni Yasamalda yerləşən mağazaların birindən çörəyin içindən təxminən 1 metr uzunluğunda ip çıxması ilə bağlı məlumat yayılıb. Məlumata görə, çörək "Ulduz” zavoduna məxsusdur./gununsesi.info/

MediaFax