“Reina” terrorçusunun kimliyi dəqiqləşdi - Polis açıqlaması

İstanbul polisinin "Reina” qətliamını törədən terrorçunun adını müəyyən etdiyi öyrənilib.
 
Türkiyə KİV-inin məlumatına görə, terror hücumu törədən şəxsin özbək əsilli Abdulqadir Maşaripov adlı şəxsin olduğu bildirilir.

Polis hazırda onun axtarışı ilə məşğuldur.

Qeyd edək ki, dekabrın 31-də İstanbuldakı "Reina” gecə klubuna edilən silahlı hücum nəticəsində 39 nəfər həlak olub, 69 nəfər isə yaralanıb./modern.az/

MediaFax