Referendumu 18 beynəlxalq təşkilat müşahidə edir

Azərbaycanda referendumu 18 beynəlxalq təşkilatın 117 müşahidəçisi izləyir, müşahidəçilər 33 ölkəni təmsil edir.
  
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
 
M. Pənahov bunların sırasında AŞPA, MDB Parlament Assambleyası, TürkPA, Böyük Britaniya, Fransa, Avstriya, Avstraliya və digər ölkələrin parlamentlərindən ibarət nümayəndə heyətlərinin, müxtəlif ölkələrin Mərkəzi Seçki Komissiyalarının təmsilçilərinin olduğunu qeyd edib.
 
Qeyd edək ki, M. Pənahov bu gün 10 saylı 3-cü Binəqədi Seçki Dairəsinin 31 saylı seçki məntəqəsində səs verib.

MediaFax