Rayonda tapança ilə gəzirdi, tutuldu - Video

Lənkəranda qanunsuz silah gəzdirən şəxs saxlanılıb. 

Lənkəran və Zəngilan Rayon Polis şöbəsi əməkdaşlarının Lənkəranda keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq "Makarov” tipli tapança və həmin silaha məxsus bir ədəd sandıqça gəzdirən Astara rayon sakini Mahir Məmmədov saxlanılıb.

Mahir Məmmədova həmin silah və sursatı verən həmyerlisi Şücaət Hacızadə də tutularaq məsuliyyətə cəlb olunub.

Faktlar üzrə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


MediaFax