Qum səpən yük maşını qəza törətdi - Tıxac yarandı

Bakıda qeyri-sabit hava şəraiti ilə bağlı yollara qum səpən yük maşını qəza törədib.

Hadisə paytaxtın Nobel prospektində baş verib. Prospektə qum səpən yük maşını idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.

Hadisə nəticəsində böyük tıxac yaranıb. Hazırda yük maşınının ərazidən götürülməsi və tıxacın aradan qaldırılması istiqamətində iş gedir./trend.az/ 

MediaFax