Qorbaçov villasını satır

Keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov Almaniyanın Teqernze şəhərindəki villasını satışa çıxarıb.

"Süddeutsche Zeitung” qəzetinin məlumatına görə, Qorbaçovun 10 il öncə aldığı villa Teqernze gölünün sahilində yerləşir.

1908-ci ildə tikilən üç mərtəbəli villanın 600 kvadrat metrlik sahəsi var. Qəzet daşınmaz əmlakın dəqiq qiyməti haqda yazmasa da, villanın bir neçə milyon avro dəyərində olduğu bildirilir./qafqazinfo.az/

MediaFax