Qonşusunu xilas etmək istədi, özü də öldü

Dünən Bakıda iki nəfərin ölümünə səbəb olan hadisənin təfərrüatları məlum olub.
 
Bədbəxt hadisə Sabunçu rayon sakini 1974-cü il təvəllüdlü İbrahimov Elşad Arif oğlunun həyətində baş verib. Belə ki, E.İbrahimovun həyətində elektriklə işləyən aparatla su quyusu qazan qonşusu 1961-ci il təvəllüdlü Doktorov Anatoliy Dmitriyeviç təxminən 20 metr dərinlikdə olarkən huşunu itirib. Bunu görən E.İbrahimov dərhal quyuya enib və qonşusunu xilas etməyə çalışıb. Lakin o da dərinlikdə huşunu itirib. Bunu görən yaxınları quyuya düşməyin riskli olduğunu görüblər və xilasediciləri çağırıblar.
 
İlkin araşdırma zamanı məlum olub ki, hər iki şəxsin ölümünə quyu qazılarkən onun dibinə qoyulmuş elektrik generatorunun buraxdığı qaz səbəb olub./lent.az/

MediaFax